Tailandın Ça-Am bölgəsi sahillərində kiçikölçülü təyyarə qəzası baş verib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hadisə sahildən təxminən 100 metr məsafədə baş verib.
Təyyarənin suya düşməsi nəticəsində 5 nəfər həyatını itirib, 1 nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin bildirdiyinə görə, təyyarə aşağıdan uçaraq qəfil suya çırpılıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. Hazırda ərazidə axtarış və təhlükəsizlik tədbirləri davam etdirilir.
Musavat.com