DƏHŞƏT: Sevgilisi ilə dalaşan hərbçi 3 məhəlləni YANDIRDI

Türkiyənin Dənizli şəhərində spirtli içki qəbul edib sevgilisi ilə mübahisə edən şəxs 1-i sevgilisinə məxsus 2 motosikleti, 3 avtomobili və ara küçələrdəki zibil qablarını yandırıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, hərbçi olduğu deyilən şübhəli polis tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə dünən axşam saatlarında baş verib.

Yanğınsöndürmə briqadası tərəfindən aparılan araşdırmalar nəticəsində avtomobillərin benzin tökülərək yandırıldığı müəyyən edilib.

Musavat.com

28.02.2024 14:46
750