Rusiyanın "Lancet" PUA-sı Belqorod vilayətində uşaq bağçasının ərazisinə düşüb. Musavat.com xəbər verir ki, bu barədə “Astra” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, hadisə mayın 7-də baş verib. İnsident itkisiz ötüşüb, belə ki, partlayış baş verməyib.
Qeyd edək ki, 80-110 km/saat sürətlə uça bilən və 3 kq-a qədər partlayıcı daşıya bilən kamikadze dronun uşaq bağçasının ərazisinə necə düşdüyü açıqlanmır.
“Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək, lakin eyni zamanda, heç kimin bizi hədələməsinə imkan verməyəcək”. bu sözləri Rusiya Prezidenti Vladimir Putin Moskvada 9 May Qələbə Gününə həsr edilən paradda çıxış edərkən deyib.
O qeyd edib ki, Rusiyanın strateji qüvvələri hər zaman döyüş hazırlığındadır: “Rusiya heç vaxt ikinci cəbhənin və müttəfiq yardımının əhəmiyyətini azaltmayıb. Biz antihitler koalisiyasının bütün döyüşçülərinin, Müqavimət iştirakçılarının, Vətən xainlərini, casusları üzə çıxaranların, partizanların, militarist Yaponiyanın təcavüzünə qarşı öz müstəqilliyi uğrunda mübarizə aparan Çin xalqının şücaətinə hörmətlə yanaşırıq. Ümumi mübarizəmizi və ilhamverici müttəfiqlik ənənələrimizi həmişə xatırlayacağıq, heç vaxt unutmayacağıq”.
Ermənistanda isə etirazçıların saylarının azlığı iddiaları ilə müqayisədə o dərəcədə azdır ki, heyrət doğurur. Musavat.com xəbər verir ki, bu gün saat 16:00-da müxalifətlə etirazçılar İrəvanda birləşmə barədə razılığa gəliblər.
Müşahidəçilərin fikrincə əgər Putinlə Paşinyan anlaşmayıbsa, Rusiyayönümlü qüvvələr də bu mitinqə qoşulacaqlar və say artacaq. Anlaşma varsa, onlar hələ ki, gözləmə mövqeyində olacaqlar.
Mayın 7-də isə "TikTok"da “Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının arasında söhbətini əks etdirən videoyazı yayılıb. Yayılan videoyazıda silahlı müqavimətə çağırış yer alıb.
Nəticədə mayın 7-də Ermənistan Respublikası İstintaq Komitəsinin Kotay Regional İstintaq İdarəsində cinayət işi açılıb. Məlumata görə, bir qrup şəxs tərəfindən qanunsuz olaraq silah-sursat əldə edilərək saxlanılması barədə məlumat daxil olub. Məsələ ilə bağlı şübhəli bilinən iki nəfər saxlanılıb.
Bu arada, Ermənistan Milli Təhlükəsizlik Xidməti Baqrat Qalstanyanın rəhbərliyi altında "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının tərəfdarlarına xəbərdarlıq edib. Qeyd olunub ki, konstitusiya quruluşunu təhdid edən istənilən qanunsuz hərəkət, addım bütün hüquqi alətlərlə zərərsizləşdiriləcək.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu ilə siyasi ekspert Qədir Aslan Ermənistan hadisələrini və Paşinyanın Rusiya səfərini müzakirə edirlər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: