DƏHŞƏT! Rusiya hərbi təyyarəsi raketlə VURULDU, 75 ölü var - Professor Qabil Hüseynli ilə CANLI

Rusiyada hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 75-ə çatıb. KİV məlumat yayıb. Qeyd olunub ki, təyyarə yerə düşməzdən əvvəl havada partlayış səsləri eşidilib.

Belqorodda Rusiya hərbi nəqliyyat təyyarəsi raketlə vurulduğu məlum olub. Rusiya Dövlət Dumasının hərbi komitəsinin rəhbəri Andrey Kartapolov deyib. Onun sözlərinə görə, göyərtəsində 65 ukraynalı hərbi əsirin olduğu İl-76 üç Patriot və ya İris-T raketləri ilə vurulub.

O da bildirilib ki, bu gün göyərtəsində 80 ukraynalı hərbi əsirin olduğu başqa bir İl-76 təyyarəsi də həmin istiqamətdə uçub, lakin məlum insidentdən sonra, həmin təyyarə geri qaytarılıb. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə məlum insidentlə bağlı Rusiyanın ABŞ və Almaniyaya müraciət hazırladığını söyləyib.

Ukrayna Müdafiə Nazirliyi hazırda İl-76 hərbi nəqliyyat təyyarəsinin Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulduğunu təsdiq edə bilmir. Onlar hələ də məlumatı dəqiqləşdirirlər. Ukraynanın Suspilne saytı məlumat verib. Bundan əvvəl Ukrayna mediası İl-76-nın Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu yazmışdı.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya düşməsindən danışıb. O deyib: “Bu yetərincə yeni, təzə informasiyadır. İndi onunla məşğul olacağıq. Hələlik heç nə deyə bilmərəm”.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bildirib ki, Duma İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya düşməsi ilə əlaqədar ABŞ və Almaniyaya müraciət hazırlayacaq.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə Belqorod hadisəsini müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

24.01.2024 16:00
1325