DƏHŞƏT! İsrail Qəzzada məktəbləri BOMBALADI - 30 ÖLÜ

İsrail aviasiyası Qəzza zolağında Fələstinin radikal “HƏMAS” hərəkatının silahlı qanadının üzvlərinin gizləndiyi iki məktəbin ərazilərinə zərbələr endirib.

Musavat.com bu barədə “TASS”a istinadən xəbər verir.

Agentliyin yaydığı xəbərdə qeyd edilir ki, İsrailin təhlükəsizlik qüvvələri kəşfiyyat məlumatlarına əsaslanaraq Qəzza şəhərində Həsən Salameh və Nasser məktəblərində fəaliyyət göstərən “HƏMAS”ın komandanlıq mərkəzlərinə aviazərbələr endirib.

İlkin açıqlanan rəqəmlərə görə aviazərbələr nəticəsində 30 nəfər ölüb, xeyli sayda yaralı var. 

@@TVmusavat/92265@@

Musavat.com

 

04.08.2024 20:34
1122