İstanbulda dini nikahla birlikdə yaşadığı həyat yoldaşının avtomobilinə minən şəxsi izləyən kişi dəhşət saçıb.
Musavat.com xəbər verir ki, Rəcəb D.-ni motosikletlə izləyən Bayram D. onun maşınının qarşısını kəsib.
Bayram D. özü ilə gətirdiyi dönər bıçağı ilə əvvəlcə avtomobilə hücum edib, daha sonra Rəcəb D.-ni kürəyindən və boynundan yaralayıb. Yaralı şəxs ətrafdakıların köməyi ilə hadisə yerindən qaçıb. Bayram D. daha sonra dönər bıçağı ilə maşını əzməyə davam edib.
Musavat.com