DƏHŞƏT! Evdən meyit tapıldı - Üzərində zorakılıq əlamətləri var

Xaçmaz rayonunun Yergüc kəndində yaşadığı evdə meyiti tapılan şəxsin kimliyi məlum olub.

Üzərində zorakılıq əlamətləri olan 1958-ci il təvəlludlu Səfurə Əlişah qızı Balacayevanın meyiti yaşadığı evdə aşkarlanıb.

Onun baş nahiyəsindən vurularaq qətlə yetirildiyi ehtimal edilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Xaçmazda evdə qadın meyiti aşkarlanıb.

hadisə rayonun Yergüc kəndində qeydə alınıb.

Meyiti aşkarlanan orta yaşlı qadının şəxsiyyəti müəyyənləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./Report

22.03.2024 02:00
879