Türkiyənin Nevşehir vilayətində 28 yaşlı Mine Özcan ticarət mərkəzinin dayanacağında avtomobilində qanlar içində ölü tapılıb.
Musavat.com xəbər verir ki, gənc qadının bir ay əvvəl boşandığı Hüseyn Ç. tərəfindən güllələndiyi məlum olub.
Hadisə yerinə gələn polis və təcili yardım avtomobildə olan Mine Özcanın öldüyünü müəyyən edib.
Avtomobildə və ətrafda axtarış aparan polislər 6 güllə gilizi tapıb və qadının bir ay əvvəl boşandığı Hüseyn Ç-nin şəxsiyyətini müəyyənləşdirib. Prokurorun hadisə yerində araşdırmasından sonra Mine Özcanın cəsədi Nevşehir Dövlət Xəstəxanasının morquna aparılıb.
Hüseyn Ç-nin isə Kayserinin Develi rayonunda jandarmaya gedərək təslim olduğu öyrənilib.
Musavat.com