DƏHŞƏT: 83 yaşlı kişi yanaraq ÖLDÜ

Şərurda 83 yaşlı kişi yanaraq ölüb.

Hadisə Şərur şəhərində baş verib. Fərdi yaşayış evində baş verən yanğın nəticəsində Şərur rayon Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əliyev Əbülfəz Məmməd oğlu yanaraq ölüb.

İlkin məlumata görə, yanğına səbəb elektrik sobası olub.

Faktla bağlı araşdırma aparılır.//APA

11.03.2025 10:43
417