Türkiyədə minik avtomobili ilə məktəb avtobusu toqquşub.
Musavat.com xəbər verir ki, sözügedən hadisə Türkiyənin Ankara şəhərində baş verib.
Yol kəsişməsində baş verən qəzada minik avtomobilinin arxadan vurması nəticəsində məktəb avtobusu aşıb və metrlərlə sürüklənib. Toqquşmanın görüntüləri təhlükəsizlik kameralarına əks olunub. Qəzada ölən və ya ağır yaralanan olmadığı öyrənilib.
Musavat.com