“Dedilər ki, vay-vay, Ruhəngiz efirə çıxıb güzgü satır”

"Yeni aldığım evimi təmir edib, pis günə qoyan ustalar müəyyən insanların qarşısında cavab verəcəklər. Hələ başım qarışıqdır. Dəyən ziyanı bir-bir yazıb o ustalardan şikayət edəcəm". 

Bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişində deyib. 

O bildirib ki, evini ikinci dəfə təmir edəcək:

"Hamam otağı sökülüb yenidən təmir olunmalıdır. Onlar elə danışıb ağlayırlar ki... İndi qəpik-qəpik pul yığıram, evimin təmirinə yenidən başlayıram". 

R.Allahverdiyeva əl işi sayılan güzgü satdığına görə onu məsxərəyə qoyanlara ismarış yollayıb: 

"Dedilər ki, vay-vay, Ruhəngiz efirə çıxıb güzgü satır. Güzgü, meyvə-tərəvəz və ya paltar satmaq ayıb deyil. Düzlüklə pul qazanmaq üçün Allah yol açıb". (bizim.media)

21.06.2024 19:55
2660