Daxili Qoşunların əsgəri vəfat etdi - FOTO

Daxilin Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Sərxan Nəriman oğlu xəstəlikdən vəfat edib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.

15.08.2024 12:29
954