Bakının Sabunçu rayonunda iki qonşunun davası bir qadının ağır xəsarət almasına səbəb olub.
APA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.
Sözügedən qəsəbədə küçədə iki qonşu qadın əlbəyaxa olub. Həmin vaxt onların qonşusu 1978-ci il təvəllüdlü Rübabə Teyyub qızı Əliyeva onları sakitləşdirmək istəyib.
Tərəflər arasında davanın qarşısını almaq istəyən R.Əliyeva boğaz nahiyəsindən bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.