Daşkəsəndə avtomobil qəzası olub, xəsarət alanlar var 

Daşkəsən rayonunda minik avtomobili aşıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon Alunitdağ qəsəbə ərazisində "VAZ-21015" markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb.

Avtoqəza nəticəsində 2 nəfər xəsarət alıb.

Onlardan Elmir Fətalizadənin xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Avtomobildə olan digər şəxsin vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

05.11.2023 21:06
586