Daşkəsən rayonunda minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb, xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Daşkəsən-Əmirvar yolunda qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 2003-cü il təvəllüdlü X.Bağırov və avtomobildə olan daha bir neçə nəfər xəsarət alıb.
X.Bağırovun xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Digərlərinin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.