Özbəkistanın Daxili İşlər Nazirliyi Daşkənddə “kvadrober”lərin peyda olması barədə məlumat yayıb. Onlardan biri sərnişinlərə hücum edərək uşağı bərk qorxudub.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, DİN Nazirliyi valideynlərə uşaqların nalayiq davranışına görə cəzalandıracaqları ilə bağlı xəbərdarlıq edib.
Qeyd olunub ki, son vaxtlar gənclər, əsasən də yeniyetmələr arasında sosial dairələrdə “kvadrobik” adlı subkulturanın yaranması, gənclərin heyvanların təsviri olan aksesuarlardan (maska, quyruq) istifadə edərək onların davranışlarını yamsılaması müşahidə olunur.
Bu, Qazaxıstan, Rusiya və Ukrayna gəncləri arasında müşahidə olunub. Təəssüf ki, Daşkənd şəhərində də oxşar yolverilməz hərəkətlər yayğınlaşıb.
Oktyabrın 10-da “kvadrober”in heyvan maskası taxdığı, oktyabrın 11-də isə özünü itə oxşadan başqa bir “kvadrober”in sərnişinlərə hücum etdiyi, hadisənin şahidi olan uşaqların qorxduğu bildirilir.
Qeyd olunur ki, bu hallar cəmiyyətdə davranış qaydalarına ziddir və belə davranış tamamilə yolverilməzdir.
“Zərərli şeylər yoluxucu olur” prinsipimi nəzərə alsaq, ehtimal ki, bu “kvadrober” bəlası tezliklə ölkəmizə də gələcək.
Musavat.com