Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan politoloq Aleksandr Duqinin qızı Daria Duqinanın ölümündən sonra onun ukraynalılar haqda işlətdiyi ifadələr yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrin Ukrayna seqmentində insanlar Duqinanın "ukraynalılar insan deyillər, onara qarşı daha sərt olmalıyıq" sözlərini yenidən müzakirə mövzusuna çeviriblər.
Sosial media istifadəçiləri Daria Duqinanın bir neçə ay öncə Rusiyada yayımlanan verilişlərdən birində verdiyi açıqlamaların videosunu yenidən paylaşıblar.
Musavat.com həmin videoparçanı təqdim edir.
Toğrul İSMAYIL
Musavat.com