“Paşinyan və onun beynəlxalq tərəfdaşları ermənilərə “bir neçə soyuq qışa və bəlkə də aclığa hazırlaşmalı” olduğunu deyirlər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli politoloq, revanşist mövqeyi ilə tanınan Stepan Danielyandır.
Danielyana görə, Rusiyanın təsirindən qurtulmaq üçün onun qazından imtina edilməlidir.
“Yeri gəlmişkən, Rusiya Ermənistanın təkcə qazla xilas olmayacağına işarə edir. Ermənistan taxılının 90%-i Rusiyadan gəlir.
Qaza gəlincə, qaz kəməri partlayanda və biz özümüzü bir faktla qarşı-qarşıya qoyanda alman ssenarisini istisna etmək olmaz. Bütün bunlar olduqdan sonra çətin ki, Ermənistanda çox adam qalsın. Ona görə Ermənistanın əsas düşməni Paşinyanın partiyasıdır”, - deyə Stepan Danielyan qeyd edib.
Musavat.com