İsraili tərk edə bilməyənlər arasında tanınmış jurnalist də var.
Milli.Az nypost-a istinadla bildirir ki, ABŞ-də yayımlanan PIX11 telekanalının reportyoru Rebecca Solomon iki gündür övladı ilə birlikdə İsraili tərk edə bilmir.
Qeyd edək ki, azərbaycanlı ifaçı Samirə Əfəndi də İsraildə çətin vəziyyətdə qalmışdı, o bugün səhər saatlarında oranı tərk edə bilib.
Xatırladaq ki, iki gün əvvəl başlayan İsrail-Fələstin müharibəsinə nəticəsində minə yaxın insan həlak olub, on minlərlə yaralı var.