Daha bir ölkədə güclü zəlzələ oldu

Filippinin Mindanao adasında 5,7 maqnitudalı zəlzələ olub.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi xəbər verib.

Zəlzələnin episentri Butuan şəhərindən (əhalisi 300 min nəfər) 39 km cənub-şərqdə yerləşib.

İtki və ya dağıntılar barədə məlumat verilməyib.

10.02.2024 08:31
688