Qazaxıstan iqtisadi əməkdaşlıq üçün “Taliban”ı terrorçular siyahısından çıxarıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin parlament palatalarının spikerləri ilə görüşündə deyib.
“Qazaxıstan müasir Əfqanıstanla ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək Taliban rejimini terrorçular siyahısından çıxarıb”, - deyə Tokayev qeyd edib.
Prezidentin sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir. Bu məsələdə KTMT ölkələrinin razılaşdırılmış mövqeyinin vacibliyini qeyd edən Qazaxıstan lideri Almatıda BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzinin yaradılması ilə bağlı respublikanın təşəbbüsünü dəstəkləməyə çağırıb.
Nigar HƏSƏNLİ,
Musavat.com