Daha bir HƏMAS komandiri MƏHV EDİLDİ

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın komandirlərindən biri, hərəkatın dəniz qüvvələrinin rəhbəri vəzifəsində çalışmış Təyyassir Mübəşiri öldürdüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə IDF öz teleqram kanalında məlumat yayıb.

Qeyd olunur ki, o, vaxtilə HƏMAS-ın dəniz qüvvələrinin komandanı olub.

İsrail ordusunun məlumatına görə, Mübəşir “Əl-Qəssam briqadaları" qruplaşmasının komandiri Məhəmməd Əd-Deyfin qohumudur.

O, İsrailə qarşı hücumlara nəzarət edib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başlayıb.

Musavat.com

25.10.2023 13:18
901