Daha bir erməni idmançıdan TƏXRİBAT

Futbolçu Henrix Mxitaryandan sonra daha bir erməni idmançısı təxribata əl atıb.

Musavat.com Msport.az-a istinadla xəbər verir ki, tennis üzrə “Australian Open” turnirində IV mərhələyə yüksələn Karen Xaçanov kameraya “Möhkəm dayan, Artsax” yazıb.

Bakıda anadan olmuş rusiyalı şərhçi Nobel Arustamyan isə ona təşəkkür edib: “Sağ ol, Karen”.

Xatırladaq ki, bundan əvvəl “İnter”in futbolçusu Mxitaryan klubun rəsmi instagram səhifəsinə müsahibəsində “haralısan” sualına cavabında Qarabağı Ermənistan ərazisi kimi göstərən şəkil çəkmişdi.

21.01.2023 12:14
1334