Daha bir azərbaycanlı Ukraynada ŞƏHİD OLDU - FOTOLAR

Daha bir azərbaycanlı Ukraynada şəhid olub.

Bu barədə Musavat.com-a media qrupumuzun Ukrayna təmsilçisi Anar Natiqoğlu məlumat verib.

A. Natiqoğlu bildirib ki, Məmmədov Ruslan Hüseyn oğlu İzyum şəhərində minaya düşüb:

“O, 1984-cu ildə Ağdamda doğulub, 1992-dən məcburi köçkün həyatı yaşayıb. Anası ukraynalı olan Ruslanın ailəsi illərdir Xarkovda yaşayır. Ruslan bu gün uğrunda can verdiyi Ukrayna torpağına tapşırılıb”.

Musavat.com

13.10.2022 21:20
1580