Türkiyədə bir ticarət mərkəzinin təmir işləri ilə əlaqədar bütün məhsulları yarı qiymətinə satmaq qərarı ilə mağazada izdiham yaşanıb.
Musavat.com xəbər verir ki, sözügedən hadisə Türkiyənin Ankara şəhərində yaşanıb.
Saatlar əvvəl növbəyə duran vətəndaşlar qapılar açıldıqdan sonra bir növ yarışa giriblər. Hətta ucuz qiymətə qazan almaq istəyən bəzi vətəndaşlar bir-birini dişləyib.
Musavat.com