Xəbər verdiyimiz kimi, Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində 23 nəfər xəsarət alıb, 5 polis əməkdaşı öldürülüb.
Musavat.com "Mash" telegram kanalına istinadən xəbər verir ki, hazırda Mahaçqalanın Kirov rayonundakı pravoslav kilsəsində 40 nəfər girov saxlanılır.
Qeyd olunub ki, küçədə silahlı insanlar gəzir, atışma səsləri eşidilir.
Məlumata görə, Rusiya Qvardiyası Dərbənddə hücuma hazırlaşır.
Silahlılar evlərin birində mühasirəyə alınıb, atəş səsləri eşidilir.
Musavat.com