İyunun 5-i Azərbaycanda qısaldılmış iş günü olacaq.
Musavat.com xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır.
6 və 7 iyun Qurban bayramı olduğundan, 5 iyun bayramqabağı gün hesab edilir və bu səbəbdən həmin gün iş saatı bir saat az olacaq.