Böyük Britaniya məhkəməsi “Wikileaks”in qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyasına dair məhkəmə qərarına etiraz edə biləcəyinə qərar verib.
Musavat.com Azərtac-a istinadən xəbər verir ki, “Wikileaks” portalının qurucusu Culian Assanjın casusluq ittihamı ilə ABŞ-a ekstradisiyasına etiraz etmək hüququ bu gün sonuncu dəfə britaniyalı hakimlər tərəfindən müzakirə olunub. Hakimlər Culian Assanjın ABŞ-a ekstradisiyasına etiraz edə biləcəyinə qərar veriblər.
Hakimlər bildiriblər ki, ABŞ səlahiyyətliləri onun ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə başına nə gələcəyinə dair əlavə zəmanət verməsələr, Assanj apellyasiya şikayəti verə biləcək. Əgər Culian Assanja bu icazəsi verilməsəydi, o, ABŞ-a bir neçə gün ərzində ekstradisiya edilə bilərdi.
Proses mayın 20-dək təxirə salınıb.