Türkiyəli məşhur aktyor Ercan Kesal Bakıya gəlir.
Bu haqda Musavat.com-a Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç məlumat verib.
O, Ercan Kesalın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcəyini vurğulayıb:
"Ercan Kesal Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Bakıya gəlir. Noyabrın 14-də saat 11:00-da sərgidə Yunus Əmrə İnstitutunun stendində kitablarını imzalayacaq və "Cebimdeki Ekmek Kırıntıları" adlı mövzuda çıxış edəcək. O, "Peri Gazozu", "Velhasıl", "Hekimlik Sanatları", "Evvel zaman", "Cin aynası" və s. kitabların müəllifidir. Bununla yanaşı, Ercan Kesal keçmiş həkim kimi Tibb Universitetində "Hekimlik sanatı" mövzusunda tələbələrlə görüşəcək, təcrübə və hekayələrini bölüşəcək".
Qeyd edək ki, Ercan Kesal aktyor olmaqla yanaşı, ssenari müəllifi və yazıçıdır. O, "Çukur" serialında İdris Koçovalı obrazı ilə daha çox məşhurlaşıb.
Musavat.com