“Rosnano”nun keçmiş rəhbəri Anatoli Çubays Rusiyaya ekstradisiya edilməlidir.
Musavat.com xəbər verir ki, bu tələb Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin dilindən səslənib.
O, bu sözləri Çubaysın apardığı elektrik islahatını tənqid edərkən deyib.
Qeyd edək ki, jurnalist araşdırmalarına görə, Vyaçeslav Volodinin ailəsi çoxlu sayda dəbdəbəli daşınmaz əmlaka sahibdir. Məsələn, məmurun 82 yaşlı anası özünə 230 milyon rubla (2 milyon 378 min ABŞ dolları) 400 kv.metrlik mənzil alıb. Volodinin həmçinin Smolensk vilayətində təxmini dəyəri 1,4 milyard rubl (14 milyon 470 min ABŞ dolları) olan əmlakı var.
Anatoli Çubays isə müharibə başlayandan sonra Rusiya prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib və ölkəni tərk edib.
Musavat.com