Crocusda ölənlərin 40-nı terrorçular güllələyib, qalanları isə...

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiya prezidenti Vladimir Putinə bildirib ki, “Crocus”da baş verən terror aktı diqqətlə planlaşdırılıb, bütün təqsirləndirilən şəxslər dindirilərkən öz günahlarını etiraf ediblər.

Bu barədə “Kommersant” məlumat yayıb.

Onun sözlərinə görə, təqsirləndirilən şəxslər sifarişçilər və onun hazırlanmasında köməklik edən şəxslər barədə ətraflı ifadə verib.

“Terrorçular saxlanılan zaman iki AK-74, 500-dən çox patron, 28 jurnal və benzin qalıqları olan şüşələr tapıblar – bunlardan konsert zalını yandırmaq üçün istifadə edilib.

Hücum nəticəsində üçü uşaq olmaqla 139 nəfər həlak olub. İki nəfər xəstəxanada dünyasını dəyişib. Artıq 75 nəfərin şəxsiyyəti müəyyən edilib”, - Bastrıkin qeyd edib.

Onun sözlərinə görə, ölənlərin ümumi sayından 40 nəfər güllə yarasından, 45 nəfər isə yanğından dünyasını dəyişib.//Publika.az 

26.03.2024 11:48
1715