”Crocus City Hall”-da törədilən terakt hadisəsini fürsət bilən ermənilər Azərbaycanlı iş adamlarına, ölkəmizə qarşı dezinformasiya kampaniyası başladıb..
22 mart 2024-cü il tarixində azərbaycanlı iş adamına məxsus “Krokus Siti” konsert zalında baş verən terakt dünya gündəmi olmaqda davam edir. Təşkilatçı və sifarişçilərin kimliyi, Rusiyanın hədəf ölkə seçilməsinin səbəbi, teraktın yaxın və uzaq ölkələrlə, beynəlxalq münasibətlərə təsiri, geostrateji, iqtisadi, hərbi nəticələri və s.gündəmdəki əsas suallardır.
Qlobal cihadizmin yeni dalğasının başlanğıcı?
Teraktı üzərinə götürən “İraq Şam İslam Dövləti”nin(bundan sonra mətndə-İŞİD)- Əfqanıstan və Pakistanda mənzillənən qolu “Vilayət Xorasan”(bundan sonra mətndə-VX) 2014-cü ildən ortaya çıxıb. İlk vaxtlar Talibana qarşı olan əfganlardan yaradılan qrupa tədricən keçmiş SSRİ-dən radikallar axın edib. BMT TŞ-nın 2023-cü il hesabatına görə, Vilayət Xorasanda- Pakistan, İran, Azərbaycan, Türkiyə, Rusiya, Tacikistan və Özbəkistandan olan radikallar cəmləşib.
Son dövrlərdə dünyada iki dəhşətli müharibə fonunda qlobal terrorizmin nisbi sakitliyi, “İŞİD hara getdi?” sualları səslənirdi. Cari- 2024-cü ilin yanvarında VX- “xristian və yəhudilərə qarşı yeni kampaniya başlayacağını” bəyan etdi. Cihadizmin bu bəyanı, ardınca isə törədilən dəhşətli teraktın qlobal səbəbləri sırasında: 1. Dünyanı bürüyən geosiyasi qarşıdurma və müharibələr fonunda qlobal təhlükəsizlik yönündə beynəlxalq əməkdaşlığın parçalanması; 2. Cihadçı şəbəkəyə daxil olan qruplar arasında nüfuz-avtoritet və maliyyə uğrunda savaşın kəskinləşməsi -qeyd edilə bilər.
Teraktda ilklərə gəldikdə, baş verən hadisə- 2002-ci il Nord-Ost hadisəsindən sonra İŞİD-in Avropada ilk ən miqyaslı terroru olub. Bununla İŞİD Rusiyanı özünün ən əsas düşməni olaraq qaldığını bəyan edib. İlk dəfə hücumda yanğından məqsədyönlü istifadə edilib.Terrorçular cihadistlərin ənənəvi “Allahu-Əkbər”şüarlarını nümayişkaranə şəkildə demək olar ki, qışqırmayıb; Cihadçı (kamikadze) şəhidliyinə zidd olaraq, hadisənin “pul qarşılığında” törədildiyi açıqlanıb.
Ekspertlər: Rusiyanın hədəf seçilməsinin səbəbi- Rusiya xarici siyasətidir
Ekspertlər hədəf ölkənin seçim səbəbini- Rusiya xarici siyasəti hesab edir. Mart ayında Qərbin teraktla bağlı xəbərdarlığını Rusiya rəhbəri “şantaj” adlandırıb. Baxmayaraq ki, mart ayında FSB VX üzvlərinin Moskva sinaqoquna hücum planının dəf edilməsini açıqlayıb.
Mediada cihadistlərin nədən Rusiyanı hədəf alması sorğulanır. Halbuki son 10 ildə İŞİD-Rusiya müharibəsinin davamlı şəkildə getməsini aşağıdakılar sübut edir:
İlk “ölüm püşkü” 2015-ci il sentyabrda Rusiyanın Suriyaya müdaxiləsi zamanı atılıb. Müdaxiləyə cavab olaraq İŞİD-çilər bir ay sonra Misirin Şarm əl-Şeyx hava limanında Rusiyaya məxsus aerobusu bomba ilə partladıb, bütün 224 sərnişin və ekipajı məhv edib; Qisas olaraq, Rusiya 2017-ci ildə Tacikistanın sabiq DİN-polis XTQ komandiri, İŞİD-in keçmiş “hərbi naziri” Gülmurod Xolimovu öldürüb; 2015, 2016 və 2017-ci illərdə Palmirada rus ordusu və özəl hərbi dəstələr(ÇVK Vaqner) İŞİD-in Suriyada yerləşən “vilayətləri” Homs və Rakka uğrunda qızğın döyüşlər aparıb. 2016-cı ilidə İŞİD şəhəri Rusiyadan geri alıb; 2015-ci ildən bəri Rusiya İŞİD-in qatı düşmənləri-“Hizbullah”la hərbi kəşfiyyat əməkdaşlığı, HƏMAS və Talibana siyasi və hərbi dəstək verir. Bu 3 təşkilat Livan, Suriya, Qəzza və Əfqanıstanda İŞİD-ə qarşı şiddətli döyüşlər aparıb. Buraya Vaqner Qrupunun Afrika Korpusuna aid dəstələrin Liviya, Mozambik və Malidə də İŞİD-lə qarşıdurması da əlavə edilməlidir.
2021-ci ildə Əfqanıstanı tərk etdikdən sonra ABŞ-bütün Qərb buranı tərk edib. Rusiya Kabildə səfirliyini saxlayan yeganə ölkə olub. VX-nın qatı düşməni Talibanla əlaqələr qurub. Bir tərəfdən Talibanı “qadağan olunmuş ekstremist təşkilat” siyahısında saxlayan Rusiya onu rəsmən Sankt-Peterburq İqtisadi Forumuna dəvət edib. Beləliklə, İŞİD (və qolları)Rusiyanı hazırda Talibanın əsas dayağı hesab edir.
Beləliklə, tərəflərin son10 ildir davam edən müharibəsində Rusiyanı hədəfə gətirən səbəblər sırasında onun:
Suriyada fəallığı;
Ərəb ölkələri ilə sıx işbirliyi;
Qeyri-islam(xristian) ölkənin bölgədə İŞİD-ə rəqib olması.
Regionda İŞİD-in Talibandan sonra 2-ci i qatı düşməni olan şiə İranla Rusiyanın ən yaxın dost olmasıdır. İsrail-Həmas müharibəsində Rusiyanın Fələstin tərəfində olmasına rəğmən, hədəf seçilməsi ilə bağlı digər arqumentlər də Hesab edilir ki, seçkisonrası V.Putinin əsas məqsəd kimi irəli sürdüyü sabitlik çağırışına dəhşətli zərbə vuran İŞİD bununla həm də özünə nüfuz və maliyyə rəqibi gördüyü qlobal və lokal (Hizbulla, Həmas, Husi-Ansarüllah və s.) cihadist şəbəkəyə dəhşət saçan miqyas və qurbanların sayı ilə sarsıdıcı teraktla- qlobal cihadizm şəbəkəsinə özünün diktə etməsi mesajını da veib. Buradan çıxarılan ən pis nəticə odur ki, Rusiyada yeni terror aktları ehtimalı yüksək olaraq qalır. İŞİD-in bunun üçün həm ideoloji motivləri, həm də resursları və tərəfdarları (bu hətta Qərb ölkələri də ola bilər)var.
Rusiya rəsmiləri sifarişçi ilə bağlı açıqlamada qeyd edib. Sitat: “teraktın arxasında ABŞ, Böyük Britaniya və Ukrayna dayanır”. Talibanın Qətərdəki rəsmi sözçüsü S.Shaheen bildirib ki,” İŞİD-in Əfqanıstanda fəaliyyət göstərən əsas bazaları ölkədən kənarda, xarici kəşfiyyatın nəzarəti altındadır. Taliban dəfələrlə ABŞ-ı Vilayəti Xorasanla birbaşa əlaqələrdə və amerikalıların terror hücumları üçün İŞİD-dən istifadə etməkdə, Amerikalılar İŞİD-in bəyanatları arxasında gizlənərək “əsl müştəriləri” ört-basdır etməyə çalışırmasında” ittiham edib.
Teraktın nəticələri Rusiyada nələri tətiklədi?
Faciənin ilkin təsirləri ən çox antimiqrant siyasətinin daha da sərtləşməsi, ictimai müzakirələrdə ksenofobiya mühitinin güclənməsində özünü göstərdi.
Habelə, Tacikistana, eləcə də, digər ölkələrə miqrantların geosiyasi təzyiq və sosial partlayış vasitəsi kimi istifadəsi də istisna edilmədi. Son dövrdə Orta Asiya ölkələrinin Rusiyadan müstəqil siyasi qərarlar verməsi ilə bağlı rəsmi narazılıqların gündəm olması məlumdur. Tacikistanın son vaxtlar NATO ilə intensiv təlimləri, bu ay KTMT-dən çıxması ilə bağlı müzakirələrin başlaması da, habelə, S.Şoyqunun Orta Asiyada QHT-lərin Qərb təsiri ilə Rusiyaya qarşı ayaqlanmasını açıqlaması, Rusiya miqrasiya siyasətində görünməmiş korrupsiya hallarını, ənənəyə çevrilən sxemləri də üzə çıxarıb.(məs.000 rubla işləməyə icazə ,rus dili arayışı;200.000 rubla saxta nikahla vətəndaşlıq almağın son dərəcə asan olması və s.) buna misal ola bilər.
Terakt sonrası tacik əsilli (habelə özbəklərlə bağlı da eyni xəbərlər gəlir)miqrantların ölkəni kütləvi tərk etməsi fonunda artıq işçi qüvvəsi ilə bağlı problemlərin başlaması göstərir ki, Rusiya antimiqrant siyasəti ilk növbədə bu ölkənin özündə böyük problemlər yarada bilər. Müharibə gedişində işsizliyin demək olar ki, tamamilə ləğv edildiyi Rusiyada işçi qüvvəsinə görünməmiş ehtiyac var.
FSB direktoru Bortnikov Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Budanovu (artıq azad edilib) Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfi elan edib, o, Rosfinmonitorinq tərəfindən terrorçu və ekstremistlər siyahısına daxil edilib. Habelə, Ukrayna MN-nin Baş Kəşfiyyat İdarəsi və Təhlükəsizlik Xidmətinin terror təşkilatı kimi tanınması ilə bağlı qərarların payızda veriləcəyi bildirilir. (Müvafiq materiallar toplanıb, təhlili aparılır).
Qərbin mart ayının əvvəlində, İranın isə hətta hadisədən 3 gün əvvəl təkrar xəbərdarlığına baxmayaraq, Rusiya güc strukturlarının qəfil yaxalanması, müharibə edən ölkənin aidiyyətli qurumlarının proseslərə qeyri-peşəkar münasibəti də dünya gündəmi olub. İstər cinayətkarların tutulmasında hüquqi prinsiplərin pozulması, istər Krokus Siti-dən cəmi 3 km məsafədə olan (əsasən mitinqlərin qarşısının alınması ilə məşğul olan)Rosqvardiyanın hadisə yerinə 90 dəqiqəyə-saat yarım sonra gəlməsi, yanğın söndürənlərin qeyri-adekvat fəaliyyəti-müzakirələrdə əsas mövzulardandır. Səbəb kimi, ölkədə təhdidlərin ünvanının müstəsna olaraq “Ukraynalaşdırılması”, radikal islam hücumunun iqnor edilməsi və s. nəticələr göstərilir.
Terakt sonrası antimiqrant siyasətinin Rusiya-Orta Asiya, özəlliklə, Tacikistanla münasibətlərə neqativ geosiyasi təsiri
Əsasən Qərb mediasında təkrarlanan mövzulardan biri, Rusiya və Orta Asiya ölkələri arasında münasibətlərdə gərginliyin yaranması ehtimalıdır. Tutulan terrorçularla güc qurumlarının davranışı Tacikistanda böyük rezonans yaradıb, daxili və xarici qüvvələrin proseslərdən sui-istifadə etməsi səyləri çoxalıb. Rusiyanın hazırda qlobal geostrateji, logistik, transmilli dəhlizlər, işçi qüvvəsi və s. baxımdan misilsiz resurslara malik Orta Asiyanı itirmək qorxusu və müvafiq addımlar atmaq planları bölgədə ən təhlükəli proseslərə təkan verə bilər. Qərb məhz buna nail olmaq üçün əlindən gələni edir. Sosial şəbəkələrin tacik dilli seqmenti sözün əsil mənasında “dəhşət saçır”. Taciklərin alçaldılması (qulağın kəsilib yedirdilməsi və s.) səhnələrinin, həbs olunanların valideynlərinin fəryadlarının millətçilik yönündə məqsədyönlü tirajlanması, Fransa, Almaniya, ABŞ mediasında tacik mühacir müxalifətin manşetlərə çıxarılması vəziyyətin daha da pisləşməsinə yönəlib.
Fransa mediasında gedən müsahibəyə görə, Moskva və Daşkəndin Xüsusi Xidmət Orqanları (XXO), sitat: “ uzun illər İŞİD-in qolu Vilayəti Xorasanla birgə çalışıb. Kəşfiyyat xidmətləri İslam Dövləti ilə işləmək, lazım olanda onun yeni özəklərini yaratmaq, onların vasitəsilə terror aktları törətmək, vaxtaşırı “ifşa və ləğv etməklə” fəallıq görüntüsü, titullar və mükafatlar almağı ənənəyə çevirib”.[1]
Deportasiya, ya da Ukrayna cəbhəsi seçimi qarşısında qalan 2 milyondan çox taciklərlə davranışda qəddarlıqla müşayiət edilən reydlər ötən yaydan kəskinləşib. V.Putinin ideoloqu adlanan Aleksandr Duqin taciklərə sitat: “ən qədim İran xalqı kimi pravoslavlığı qəbul etməyə, Ukraynaya qarşı döyüşməklə əməllərini qanla yumağa, çağırıb”. Rəsmi Tacikistan buna cavab verməyib. Müxalif qüvvələr buna- tacik rəhbərinin hakimiyyəti oğluna ötürmək planlarına görə Putinlə münasibətlərin gərginləməsində maraqlı olmaması ilə izah edib. Rəsmi Daşkənd, Bişkek və Astananın öz vətəndaşlarına analoji münasibəti rəva bilməməsi ilə bağlı aydın mesajlar verməsi fonunda taciklərin ən müdafiəsiz hədəf olması millətçilərin və 3-cü qüvvələrin əl-qolunu açıb. Krokus olayından sonra Rusiyaya qarşı etiraz ab-havası pik həddə çatıb. İ.Raxmonun etnik-tacik mövzusunu qabartmamaqla bağlı müraciətini Putin qəbul etsə də, gərginlikdə maraqlı qüvvələr hər vəchlə milli hissləri qızışdırır. Tacik əmək naziri miqrantların kütləvi şəkildə geriyə köçü ilə bağlı açıqlamalar verib.
Hadisənin Azərbaycanlı iş adamlarına məxsus məkanda baş verməsi faktı-dünya erməniliyi üçün yeni dezinformasiya kampaniyasında fürsətə çevrilə bilər
Hadisənin ilk günündən Azərbaycan düşmənlərinin Krokus Siti Hall sahibləri- Ağalarovları, Müslüm Maqomayev Fondunun və müzeyinin yerləşdiyi məkanı hədəf alması da gözlənilən idi. Rusiya paytaxtında və xaricdə ermənilərin ələ keçirdiyi media qurumlarının Azərbaycanı hədəfə gətirmək səyləri, azərbaycanlı soyadların, xüsusilə də, onların bir zaman ölkəmizin ali şəxsləri ilə qohumluq əlaqələrinin olması hər fürsətdə qabardılır, qaralama və dezinformasiya kampaniyası ötən hər gün daha şiddətli şəkil almaqdadır.
Bəlli qüvvələr hadisənin ilk günündə E.Ağalarovun- “Krokus bərpa ediləcək”-deməsini də tətikləyici açıqlama kimi hədəfə alınıb. Sitat: “Həlak olanların hələ dəfn edilmədiyi bir vaxtda ancaq maliyyə tərəfi ilə düşünməsi, yalnız ictmai qınaqdan sonra qurbanlara 100 milyon yardım etməklə” bağlı açıqlama vermələri və s. olub. Halbuki, bundan əvvəlki dəhşətli “Nord-Ost”, Dubrovka və s. 4 terakt hadisəsindən sonra həmin məkanlar, teatr bərpa edilib və tamaşalar göstərilir.
Hazırda iş adamlarına qarşı total ittihamlar daha iyrənc mesajlarla -“ Ağalarovların həbs edilməsi”- tirajlanır. Bu halda “Zimnyaya Vişnya” əyləncə klubunda baş verənlər misal gətirilir. Halbuki orada terror hadisəsi olmayıb və mülkiyyətçi də həbs edilməyib. Dəfələrlə Azərbaycana gələn Rusiya xalq artistlərinin (N.Mixalkov da daxil olmaqla), habelə ermənipərəst deputatların bu kampaniyaya qoşulmasıdır. (“pul kisənizi gətirin açın, ortaya qoyun” Duma, deputat Vitali Borodin)
Digər yeni ittiham Ağalarovların təhlükəsizlik məsələlərini tamamilə başlı-başına buraxması-mövzusudur. Bu məsələ ilə bağlı Rusiya İstintaq Komitəsi rəhbəri Bastrıkinin ayrıca tapşırığının ekranlarda tirajlanması olduqca arzuolunmaz gedişata işarə edə bilər. Erməni müxbirin, habelə məlum Peqovun(Wargonzo) yazdığına görə “200-ə yaxın adamın ölümünə səbəb olmasına görə”, iş adamlarının nəinki sığorta və subsidiya ümidləri yox ola, nəinki müflis ola, hətta ən pis ssenarilər reallaşa bilər.
Cəmi bir həftə ərzində səfərbər olan erməni diasporu iş adamlarına qarşı sifarişli yazılar:onların Moskva ekologiyasına vurduğu ziyanlar, Moskva Dairəvi(MKAD) yolu tikintisində pozuntular, yeyinti, Krokus üçün çəkilən metro tikintisində pozuntular- kompromat mövzular, iş adamlarının müharibə gedən ölkədə əyləncə barədə düşünməsi, Xüsusi Hərbi əməliyyat iştirakçılarına heç bir maddi yardım ayırmaması, Krokus Siti-nin ümumiyyətlə istismara təhvil verilməməsi, ipoteka girovluğunda olması, məkanın yerində gələcək məbədin hazırkı iş adamları hesabına inşa edilməsi, Teleqram və s. kanallarda Ağalarovlar əleyhinə sorğuların keçirilməsi və yayılması, habelə, ilk fürsətdə Azərbaycan adının əlaqələndirilərək tirajlanması yüksələn xətlə, erməni diasporun sifarişi ilə davam edir.
İş adamlarının özlərinin bütün ticarət obyektlərini qapatması-onların yoxlamalardan qorxaraq pozuntuları gizlətməsi, ört- basdır etməsi kimi izah edilir. Ağalarovların cəzalandırma çağırışlarının, proseslərin artıq ermənilərin kütləvi təşkil etdiyi mütəşəkkil kampaniyaya çevrilməsi, onları aşkar “cinayətkar” adlandırılması təhlükəli tendensiyalardan xəbər verir. Sitat: “Təbii ki, “Krokus”un sahibi olan iş adamı Ağalarovun çoxlu pulu var. O, müxtəlif Forbes siyahılarındadır. Bununla belə, kütləvi insan tələfatına görə məsuliyyət daşıyanların hamısını cəzalandırmaq niyyətini açıqlayan İstintaq Komitəsinin rəhbəri Bastrıkin də prinsipialdır. Biz cəmiyyəti və media ictimaiyyətini İstintaq Komitəsini və Bastrıkini bütün ölümlərdə günahkar olanları, o cümlədən yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olanları, daha doğrusu, “Krokus”un sahiblərini cəzalandırmaq istəyində dəstəkləməyə çağırırıq.” (Peqov(Wargonzo).
Əsasən ermənilər tərəfindən tirajlanan mövzulardan biri də azərbaycanlı miqrantların kütləvi deportasiyası ilə bağlıdır. Qərəzli media qurumları müzakirələrə saxtakarlıqla “ictimai rəy” görüntüsü verməyə çalışır.
Proseslər son 3 ayda Rusiyada iri sahibkarlığın məhvinə aparan, 20-yə yaxın nəhəng sənaye obyektlərinin mülkiyyətçilərin əlindən alınması, özəlləşdirilməsi ilə eyni vaxta düşməsi də neqativ ssenarilərin reallaşmasını, Ağalarovların qapatdığı bütün mülklərin əllərindən alınma ehtimallarını artırır.
Tacik və s. miqrant gettoların Rusiyada bazarlarda, məişət, poliklinika, xəstəxana, nəqliyyat və s. sahələrdə vəziyyəti tam “diktə etməsi” mövzularının qızışdırılması, bir jurnalistin hadisə sonrası əslən azərbaycanlı iş adamlarına məxsus bazarda sosial eksperiment keçirərək, arabaçı işinə düzəlməyə çalışması, lakin rus olduğu üçün miqrantlar tərəfindən işə alınmaması ilə bağlı reportajlar daha gərgin ortam yaratmağı, etnik diaspora və iş adamlarını çətin proseslərin gözlədiyini deməyə əsas verir.
Azərbaycana qarşı qlobal erməni şəbəkəsinin dezinformasiya kampaniyasına başlaması:faktlar
Rusiyalı jurnalist, “Exo” İA-nin sabiq aparıcısı Tatyana Felgenqauerin özünün You Tube kanalıında “Varlılar da gizlədir”(Богатые тоже прячут(БЧП) adlanan silsilə verilişində Ağalarovların biznes imperiyasını, özəlliklə də təhlükəsizlik təminatı ilə bağlı fəaliyyətini müzakirə edib. Müsahibi “Transparency İnternational Russia”(TİR)qurumunun xaricdə yaşayan təmsilçisi İlya Şumanovdur.
İ.Şumanov bir neçə il əvvəl Rusiyada qapadılmış Transparensi İnternational”(Tİ Rusiya)”təmsilçisi olub. Hazırda təşkilatın fəaliyyəti bu ölkədə qadağandır.
İ.Şumanov “Mühacirətdə “Transparency İnternational”(Tİ Rusiya)” adlı, cəmi 1 nəfər-özündən ibarət qondarma qurum təsis etdiyini bildirir. Rusiyada “xarici agent” sayılan, Almaniyada yaşayan bu şəxs uzun vaxtdır ki, ermənilərlə iş birliyndədir. Sosial Tədqiqatlar Mərkəzi araşdırmalarında Tİ təşkilatının rəhbərliyində və heyətində çoxsaylı ermən şəbəkəsi ilə bağlı faktları təqdim edib.
Müsahibədə-Şumanovun Ağalarovların bütün fəaliyyətini illərlə izlədiyi, uzun vaxtdır ki, kompromatlar toplaması, Krokus Groupla bağlı qapalı, ən məxfi məlumatlara malik olması diqqəti cəlb edir. Ermənilərin sifarişlə danışan dili- İlya Şumanovun “nə üçün Ağalarov və Krokus?”-suallarına cavablarından.Sitat:
-Araz Ağalarov 3 ölkə prezidenti ilə şəxsən dostluq əlaqələri olan yeganə iş adamıdır. Bunlar V.Putin, İ.Əliyev və D.Trampdır. 2-ci Qarabağ müharibəsi başlamazdan bir gün əvvəl, sentyabrın 26-da Azərbaycana ilk uçan Ağalarov olub. O, qeyri-formal danıışıqlar aparıb.(!?)
-Krokus Siti-nin: 1.Krokus Özəl Təhlükəsizlik Sistemini. 2. Özəl Mühafizə Sistemlərini ayrıca qurumlardır. Rusiyada bi tip özəl qurumları Rosqvardiya kurasiya edir. Ağalarovlar prezidentlərlə oturub duran adamlar olduğu üçün bu 2 qurum çox ciddi çalışıb. Amma indi bu sistemləri araşdırmaq lazımdır.Niyə?- Çünki nüfuz və əlaqələrə görə Krokus obyektləri illərlə yoxlanmayıb. Terror baş verən kimi baxın Rusiya Baş prokurorluğu açıqladı ki, “yanğından mühafizə təmin edilib”.Ona görə ki, özləri bu sahəyə cavabdeh olub. Mən bu 2 sistemi dərin araşdırmışam(!?) Özəl Mühafizə Sisteminin rəhbəri ailəyə çox yaxın adam Amil Əliyev olub. Ağalarov onu hər vəchlə qoruyacaq və həbsinə icazə verməyəcək. 2. Krokus Özəl Təhlükəsizlik sisteminə istefada olan Rusiya FSB polkovniki Kotov rəhbərlik edir. Kotovun bacısı obyektin yerləşdiyi Krasnoqorsk rayonunda Federal Miqrasiya Xidmətinin (FMX) müavinidir. Ağalarovlara işçi qüvvəsi, miqrantlar lazımdır axı(!?). Burada Şumanovun qərəzlə prosesləri hazırda ən həssas-miqrantlar mövzusuna gətirməsi göz önündədir.
Ağalarov-Tramp əlaqələri 2016-cı ildə ABŞ-da seçkilərə müdaxilə mövzusunda dünyada gündəm olub.... Ağalarovlar istəsə bütün aktivlərini Rusiyada qoyub qaça, ölkəni tərk edə bilərlər. Çünki, onların çox ölkələrdə “təhlükəsizlik limanları”, sərvətləri var. Ya da Azərbaycana gedə bilərlər. Baxmayaraq ki, Azərbaycan-Əliyevlərlə Rusiya münasibətləri indi o qədər də yüksək səviyyədə deyil..(!?)
Nəhayət, “Nə üçün Krokus?Ağalarov?” sualına İlya Şumanovun- dünya erməniliyinin hazırladığı cavab: Krokus, əvvəla, Rusiyanın ən varlı, özünü müsəlman adlandıran , ancaq İslam inancından üz döndərən bir iş adamına məxsus olduğu üçün. 2. Əliyevlərlə qohumluğa görə hədəf seçilib. Çünki Əliyev Azərbaycanda radikal islamçıları çox sıxışdırır. Azərbaycandan İŞİD-ə çoxlu qoşulanlar var!?
İŞİD- İranı öz qatı düşməni hesab edir və Azərbaycanda son dövrdə həbs edilənlər İrandan yönəldilən radikallardır. Şumanovun bu təxribatçı açıqlamasını onun savadsızlığı deyil, məqsədyönlü şəkildə Azərbaycanı qlobal cihadizmin hədəfi kimi təqdim etmək kimi- məlumatsız auditoriyaya ünvanlanmış dezinformasiyadır.
Haşiyə-Fakt.Şumanovla bağlı qısa araşdırma göstərir ki, hazırda o, “Mühacirətdə “Transparensi İnternational”(Tİ Rusiya)” qondarma qurumunu “yaradan” bu şəxs-2018-ci ildə, hələ Rusiyada qurum qadağan edilməmişdən əvvəl, bu təşkilatın Böyük Britaniya ofisinin üzvü qismində-İngiltərə hökümətinə Azərbaycanda-Əliyevlərin mülklərini araşdırılması ilə bağlı müraciət edən adam olub! Beləliklə, ermənilər Krokus faciəsindən belə bəhrələnmək kimi, hazırda mövzu ətrafında ölkəmizə qarşı dezinformasiya hücumuna səfərbərlik yaratmaq kimi xislətini ortaya qoyub.
https://www.golosarmenii.am/article/62311/Transparency-International-potreboval-ot-britanskix-vlastej-proverit-nedvizhimost-alievyx-v-londone Transparency International потребовал от британских властей проверить недвижимость Алиевых в Лондоне.2018.
Beləliklə, beynəlxalq təşkilatın qondarma ”mühacirətdə təmsilçiliyi” adı altında qurum adəndan çıxış edən İlya Şumanovun Krokus hadisələrinin şərhində iş adamlarının, ölkəmizə və onun rəhbərliyinə böhtanlar atan versiyaları tirajlaması, onun qlobal erməni diasporun “ağzı ilə”danışmasına dəlalət edir.
Hadisədən sonra ermənilərə məxsus versiyaların tirajlanmasında Azərbaycandan olan mühacirlərin, internet kanalların da eyni məzmunlarda çıxış etmələri burada əlbir “ermənilər və mühacirlər” işbirliyinin artıq qurulmasına işarə edir.
Qlobal erməni diasporunun canfəşanlığının, əsas məqsədinin arxasında, ilkin ehtimal kimi, Ağalarovların həbsinə nail olmaqla, daha sonra Azərbaycanda həbsdə olan separatçıları maliyyələşdirən müharibə canilərin (Vardanyan və s.) azad edilməsi yönündə siyasi alver predmetinə çevirmək cəhdləri oal bilər.
Beləliklə, erməni xisləti terakt faciəsindən belə fürsətlənərək, Aəərbaycana və əslən azərbaycanlı olan iş adamlarına qarşı şiddətli dezinformasiya kampaniyası apara erməni xisləti bizi heç təəccübləndirmədi.
Dövlət başçımızın inaqurasiya mərasimində xüsysi vurğuladığı xarici informasiya və ideoloji risklərlə bağlı çağırışlar gündəmlə son dərəcə səsləşməsi bir daha özünü sübut edir. Qeyd edilənlər, cəmiyyətimizdə terrora münasibətdə həssalığın və ən ayıq-sayıqlığın səfərbər olmasını, maarifənmə tədbirlərinin yüksək şəkildə təminatını yeni inkişaf mərhələsində bir saylı məsələyə çevirir. Belə ki, son illərin nisbi fasiləsindən sonra, 2 qəddar müharibə,mövcud dünya nizamının dağılması fonunda cihadist qrupların yeni dalğa ilə bağlı yanvar bəyanı,bu qrupların gah Qərb, gah da Rusiya və s. tərəfindən vasitə kimi istifadəsi təhlükəsizlik sahəsində də tamamilə yeni eraya qədəm qoyulmasında xəbər verir. Həmçinin, ölkəmizdə ən müasir qlobal çağırışlar aspektində beynəlxalq terrorizm və qlobal cihadizm sahəsində tədqiqatların aparılması,müvafiq kadrların analitik, ekspertlərin yetişdirilməsi də ciddi məsələ kimi qarşıda durur.
ƏLAVƏLƏR: ermənilərin Krokusla bağlı dezinformasiya yayan dili İlya Şumanov
İlya Şumanovun dezinformasiyası:guya 2-ci Qarabağ müharibəsində Araz Ağalarovun qeyri formal danışıqlar aparan şəxs kimi sentyabrın 26-da öz təyyarəsi ilə Azərbaycana ilk gələn şəxs olub.Absurd açıqlama hələ 2020-ci ildən tirajlanır. Bu da iş adamlarının çoxdan erməni diasporun hədəfində olmasına dəlalət edir. https://dailystorm.ru/rassledovaniya/armyano-azerbaydzhanskoe-lobbi-daily-storm-podschital-i-sravnil-skolko-zarabatyvayut-v-rossii-vyhodcy-iz-vrazhduyushchih-stran
Ölkəmizdə sabitliyin təminatı, 1970-ci illərdə başlayaraq databaza yaradan Qlobal Terrorizm İndekslərində də öz əksini tapıb.Bu sahədə ən yüksək gərginlik ermənilərin torpaqlarımızı işğal etdiyi 90-cı illərdə baş verib.
Ermənilərin Azərbaycana qarşı hadisədən sui istifadəsinə qarşı ən güclü arqument “Qlobal Terrorizm İndeksidir”.( The Global Terrorism Database™ (GTD). 90-cı illərdən bəri dataya malik olan bu bazada göstərilir ki, Azərbaycanda ən yüksək terrorizm mühiti elə 90-cı illərdə, o da erməni işğalı səbəbindən baş verib.
https://www.start.umd.edu/gtd/ Information on more than 200,000 Terrorist Attacks.
The Global Terrorism Database™ (GTD) is an open-source database including information on terrorist events around the world from 1970 through 2020 (with annual updates planned for the future).
Peqov –“erməni”özampluasındadır
Rusiya mediasında erməni muzdlularının,himayədarların fəallığı Duma deputatı Vitali Borodin-“pulları ortaya qoyun!” https://www.youtube.com/shorts/WI31VzbUzX8
Tahirə Allahyarova,professor