Crocus City Hall mühafizəçilərinin terrorun qarşısını almaq imkanı olubmu?

Moskvada 5 nəfər silahlı şəxsin terror törətdiyi “Crocus City Hall”ın mühafizəçilərinin nəylə silahlandığı açıqlanıb.

Baza Telegram kanalının yaydığı məlumata görə, binanın mühafizəsi yalnız elektroşoker və dəyənəklərlə silahlanıblar. Onların avtomatla silahlanmış şəxslərin qarşısını almaq imkanları sıfıra bərabər olub.

İlkin məlumatlara görə, bəzi mühafizəçilər ilk güllələnənlər arasında ola bilər.

Musavat.com

22.03.2024 23:22
1330