Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı daha 4 müttəhimin həbs müddətini uzadıb.
Musavat.com Rusiya mətbuatına istinadla xəbər verir ki, məhkəmə istintaqın tələbi ilə Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı cinayət işi üzrə daha 4 müttəhimin həbs müddətini uzadıb.
Məhkəmə qapalı keçirilib.
Nəzrimad Lutfulloi, Jumaxon Kurbonov, Yakubjon Davlatxon Yusufzoda və Mukhamad Sharipzodanın həbs müddəti uzadılıb. Onlar noyabrın 22-dək həbsdə qalacaqlar. Avqustun 16-da daha 4 təqsirləndirilən şəxs barəsində analoji qərar verilmişdi.
Müttəhimlər Məhəmmədsobir Fayzov, Dalerjon Mirzoyev, Murodəli Rəçabalizoda, Şəmsidin Fəriduninin həbs müddəti noyabrın 22-dək uzadılıb. İstintaq ittihamları da sərtləşdirib - onlar əlavə olaraq Rusiyada terrorçu kimi tanınan təşkilatda iştirakda ittiham olunublar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi).
Xatırladaq ki, "Crocus City Hall"da terror aktı martın 22-də baş verib. Bir qrup silahlı şəxs "Crocus City Hall"a girərək ziyarətçilərə atəş açıb, bundan sonra binada yanğın başlayıb. Terror aktında 145 nəfər həlak olub, 500-dən çox adam yaralanıb, onlardan 18-i həbs edilib. 1700-dən çox insan zərərçəkən kimi tanınıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com