Rusiyada “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən 9-cu şəxs Nazrimad Lutfulloi həbsindən apellyasiya şikayəti verib.
Bu barədə Moskvanın Basmannı məhkəməsinə şikayət daxil olub. Məhkəmə Lutfulloinin mayın 22-dək istintaq təcridxanasında saxlanılmasına dair qərar verib.
Qeyd edək ki, daha əvvəl Lutfulloi təqsirini qismən etiraf edib. Tacikistandan olan 24 yaşlı kişi subaydır. Terror aktından əvvəl o, müvəqqəti qeydiyyatla metronun “Şelkovskaya” stansiyası yaxınlığında hosteldə yaşayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Lutfulloini martın 28-də saxlayıblar. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin “Terror aktı” maddəsi üzrə ittiham irəli sürülüb. İstintaq versiyasına görə, şübhəli şəxs terrorçuların maliyyələşdirilməsində iştirak edib.
Mənbə: Lenta.ru