Cozef Bayden Yaponiyanın BMT Təhlükəsizlik Şurasına üzv olmasını dəstəkləyir

ABŞ Prezidenti Cozef Bayden BMT Təhlükəsizlik Şurasında islahatlar olacağı təqdirdə Yaponiyanın şuraya daimi üzvlüyünü dəstəkləyəcəyini bildirib.

“Report” NHK-ya istinadən xəbər verir ki, bunu dövlət başçısı Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşdə söyləyib.

İki ölkə lideri BMT-də, o cümlədən qurumun Təhlükəsizlik Şurasında islahatların vacibliyini vurğulayıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü var: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin.

23.05.2022 10:31
324