Sosial şəbəkələrin erməni seqmentində ermənilərin Qarabağa, Xankəndinə qayıdışı üçün petisiya hazırlanması ilə bağlı çağırışlar edilir. Eyni vaxtda Avropanın 50-dən çox şəhərində "Artsax" uğurunda mübarizə kampaniyaları da başlayıb. Həmçinin Avropanın bir çox təşkilatları ermənilərin Qarabağa qayıdışı üçün Azərbaycana ciddi cəhdlə təzyiqlər edirlər. Erməni kilsəsi də davamlı olaraq revanşizmlə bağlı danışır.
Ermənilər Qarabağa qayıdışa, yoxsa müharibəyə hazırlaşır? Ermənilərin 2024-cü ilin əvvəlində Qarabağa qayıdışı baş verərsə, Qarabağda vəziyyət necə olar?
TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com