Cəlilabad rayonunda yol-nəqliyyat qəzası baş verib.
Musavat.com-un "Report"a istinadən məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "DAF" markalı çörəkdaşıyan yük avtomobili ilə digər minik avtomobili toqquşub.
Hadisə nəticəsində 1996-ci il təvəllüdlü Lənkəran rayon sakini, Orxan Əliyev və daha bir şəxs xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.