Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədər Musavat.com-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
***
Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.
Report-un yaydığı xəbərə görə, dənizdə batan şəxs 2006-cı il təvəllüdlü Nəbiyəv Kamal Mirzə oğludur.
Meyit aidiyyatı üzrə təhvil verilib.