Yaz, yay və payız fəslində uşaqların ən çox sevdiyi içkilərdən olan hazır meyvə suları əslində orqanizm üçün olduqca zərərlidir.
Mütəxəssislərin fikrincə, bu meyvə suları körpələrin genefondunu dağıdır, orqanizmin normal inkişafını ləngidir və mədə-bağırsaq xəstəliklərinə yol açır.
Xüsusən uşaqların sevdikləri “Çöplü sok”lar saxlanma və hazırlanma prosesinə görə, daha çox ziyandır.
Bununla bağlı, mütəxəssis rəyi almaq üçün 2 Saylı Kliniki Uşaq Xəstəxanasının həkimi, uzman doktor, Uşaq qastroenteroloqu Anar Tağıyevlə əlaqə saxladıq.
Həkim BAKU.WS-ə açıqlamasında təsdiqlədi ki, müxtəlif qablaşdırılmış meyvə suları, (çöplü sok), meyvə şirələri insanlar üçün olduqca zərərlidir.
“Belə meyvə sularından qaçılmalıdır. Bunlar uşaq orqanizmi üçün olduqca təhlükəlidir”, - deyə həkim bildirib.
Anar Tağıyev valideynlərə xüsusi müraciət də etməyi unutmadı:
“Uşaqlara normal sular verilməlidir. Az miqdarda rəngsiz çay verilə bilər. Evdə hazırlanmış meyvə suları verilməlidir. Ümumiyyətlə meyvə suyundan çox istifadə etmək olmaz. Evdə təbii olaraq, ailənin özü tərəfindən hazırlanan meyvə sularından istifadə edilməlidir. Təzə meyvə sularından istifadə edilməlidir. Çoxdan hazırlanan meyvə şirələrini uşaqlara vermək olmaz”.