COP29 zamanı infeksion xəstəlik qeydə alınarsa...-AÇIQLAMA  

Beynəlxalq hava limanında termometirial, yəni uzaqdan temperaturun ölçülməsi olacaq.

Musavat.com-un məlumatına görə, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib: "Bir çox infeksion xəstəliklərin ilkin əlaməti yüksək temperaturdur. Buna görə gələn qonaqların uzaqdan temperaturunun ölçülməsi ilə onlar arasında kimdəsə infeksion xəstəlik olarsa aşkarlanacaq və əgər şübhəli hallar görünsə, həmin şəxsin müayinə və müalicə olunması təşkil olunacaq".

Nigar HƏSƏNLİ,
Musavat.com

30.10.2024 15:44
216