COP29-un prezidenti Muxtar Babayev və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Almaniyada səfərdədir.
Musavat.com xəbər verir ki, rəsmilər Münxen Təhlükəsizlik Konfransında iştirak edəcəklər.
COP29 sədrliyinin "X"dəki rəsmi səhifəsində bildirilib ki, sədrlik COP29-da əldə edilən irəliləyişin dünya əhalisinin daha yaxşı və təhlükəsiz gələcəyini təmin edə biləcəyini müzakirə etmək üçün beynəlxalq liderlərlə bir sıra görüşlərdə iştirak edəcək.
Nigar HƏSƏNLİ,
Musavat.com