COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.

Musavat.com APA-ya istinadən bildirir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib.

O qeyd edib ki, bunun üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir".

18.10.2024 12:34
746