Noyabrın 20-də Bakıda COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.
Musavat.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək tədbir “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.
Dəyirmi masanın təşkilatçıları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramıdır (UN-Habitat).