COP29-da Türkiyə pavilyonunun açılışından özəl görüntülər-VİDEO

 

COP29 konfransı çərçivəsində bir çox ölkə Olimpiya stadionunda öz pavilyonu ilə təmsil olunur.

Bu gün Türkiyə pavilyonunun açılışında Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Xəzinə və maliyyə naziri Məhmət Şimşək, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iştirak edib.

Musavat.com xəbər verir ki, M.Kurum Türkiyənin COP29-a geniş nümayəndə heyəti ilə gəldiyini bildirib: "Sammit çərçivəsində ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəsini, layihələrimizi, strategiyalarımızı bütün dünya ilə bölüşəcəyik. Hazırki COP29-un çox böyük önəmi var, çünki bu tədbir Azərbaycanda təşkil olunur”.

Daha sonra nümayəndə heyəti qırmızı lenti kəsdi, pavilyonda ebru sənətinin nümunəsinin hazırlanmasını izlədi.

Nigar HƏSƏNLİ,

Musavat.com

11.11.2024 17:08
450