COP29-da qida tullantıları yenidən emal olunacaq

Bu il Bakıda keçiriləcək COP29 konfransının formatına uyğun olaraq qida tullantıları yenidən emal olunacaq.

Bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, buraya ümumi, qablaşdırma, şüşə və digər tullantılar çeşidlənəcək:

"Bundan sonra emal olunaraq aidiyyəti qurumlara təhvil verilir. Xüsusi avadanlıqlar vasitəsilə qida tullantılardan alınan gübrələri Bakı Abadlıq Xidmətinə verəcəyik".

A.Zeynalov həmçinin məlumat verib ki, ümumilikdə burada 1200-dən çox əməkdaş çalışır:

"Bütün işçilərin sağlamlıq vəziyyəti yoxlanılıb, müayinələrdən keçirilib".//Report

31.10.2024 13:12
159