Con Kerri: Ukraynalılar ABŞ dəyərləri uğrunda ölürlər

"Amerikalılar ukraynalıların ABŞ dəyərləri uğrunda ölməsindən hiddətlənməlidirlər". 

Musavat.com xəbər verirki, bu sözləri ABŞ prezidentinin iqlim məsələləri üzrə keçmiş nümayəndəsi Con Kerri deyib. 

“Ukraynada insanlar bizim dəyərlərimiz uğrunda mübarizə aparır. Mən o qədər əsəbləşirəm və qəzəblənirəm ki, Ukraynada bu prinsiplər uğrunda mübarizə aparan gənc hərbçilər var. Hər bir amerikalı buna qəzəblənməlidir", - Con Kerri bildirib. 

Onun sözlərinə görə, ukraynalılar ölür və ABŞ-dan lazımi dəstəyi almırlar. 

 

Musavat.com

11.03.2024 01:45
705