"Çocuklar Duymasın" serialında Əminə obrazı ilə yadda qalan Melek Şahin yeni paylaşımı ilə gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, tez-tez fotolarını sosial media hesabında paylaşan 52 yaşlı aktrisa bu dəfə işsizlikdən şikayətlənib:
"Mənim kirayə evim şəhərsalmanın nəzarətinə keçdi və mən kirayə haqqının 3 qatını ödəyib özümə çətinliklə ev tapa bildim. Yaşayış şəraiti hamımız üçün ağırdır və indi həqiqətən pis vəziyyətdəyəm".