Co Bayden xərçəng diaqnozundan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

ABŞ-nin keçmiş prezidenti Co Bayden ona prostat xərçəngi diaqnozu qoyulduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Bu barədə Oxu.Az "People" nəşrinə istinadla xəbər verir.

O, nəvəsi Robert Hanterin orta məktəbi bitirməsi münasibətilə keçirilən tədbirdə iştirak edib.

C.Baydenin həyat yoldaşı Cill Bayden "Instagram" səhifəsində tədbirdən birgə fotoşəkil paylaşıb.

18 yaşlı Robert Hanter Solsberi orta məktəbindən məzun olub.

25.05.2025 17:53
436