Co Bayden növbəti prezident seçkilərində iştirak edəcəkmi?

ABŞ prezidenti Co Bayden dövlət başçısı postuna ikinci müddətə seçilmək üçün namizədliyini irəli sürmək niyyətindədir, lakin hələlik yekun qərar qəbul etməyib.

AZƏRTAC xəbər verir ki, ABŞ prezidenti bu barədə PBS telekanalına müsahibəsində deyib.

2022-ci ilin noyabrında 80 yaşı tamam olan Co Baydenə müsahibə zamanı “2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak baxımından yaşı onu narahat etmirmi?” sualı verilib. ABŞ-ın hazırkı dövlət başçısının cavabı belə olub: “Mən Amerika xalqı ilə sonuna qədər və tam səmimiyəm. Əgər səhhətimlə bağlı və ya başqa problemin olduğunu düşünsəydim bunu deyərdim”.

 

09.02.2023 15:12
396